Dünyanın ən hündür 11 yaşlı qızı - FOTO

Çinin Şandun əyalətində yaşayan 11 yaşlı Çjan Ziyu altıncı sinifdə oxuyur. Avtosfer.az "ölkə.az"-a istinadən bildirir ki, 11 yaşlı qızın boyu NBA basketbolçularının bir çoxundan hündürdür. Hazırda Çjanın boyu 210 sm-dir. Çjan valideynləri kimi basketbolçu olmaq istəyir. Ehtimal edilir ki, qızın anomal uzunluğu irsi keçir. Hazırda dünyanın ən hündür qızı 12 yaşlı Sofi Hollins sayılır. İngiltərə vətəndaşı olan Sofinin boyu 188 sm-dir. Çinli Çjan isə ondan 22 sm hündürdür. "Ginnesin Rekordlar Kitabı"nın rəsmiləri Çjanın boyunu hələ ölçməyiblər. Qızın ailəsinin də onlara müraciət edəcəyi məlum deyil. Çjan idman dərsinə çıxanda təkcə şagirdlərdən yox, məktəbin müəllimlərindən də hündür görünür. Amma o, digər şagirdlər kimi tullanır, qaçır və idman hərəkətləri edir. NBA basketbolçusu Lebron Ceyms Çjanın kumiridir. Ceymsin boyu 2 metr 3 sm-dir. Qızın anasının da boyu 2 metrdən hündürdür və Çinin basketbol üzrə yığmasının oyunçusu olub. Hazırda qadın qızına məşq keçir və idmançı karyerasını hazırlayır.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












