Dünyanın ən sürətli 5 elektromobili - FOTO

Maraqlı 29 Fevral 2020 14:15 Oxunub 2634
Dünyanın ən sürətli 5 elektromobili - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Planetin 5 ən sürətli elektrik mühərrikli superkarını təqdim edirik

Avtosfer.az xəbər verir ki, əvvəllər “elektromobil” sözü asta sürətə və enerji doldurma stansiyalarının çox az olmasına görə gündəlik istifadə üçün yararsız nəqliyyat vasitəsi kimi qəbul edilirdi.

Lakin dünya dəyişir və indi ən sürətli avtomobillər ya elektrikli, ya da elektrikləşdirilmiş hibrid güc qurğusu ilə istehsal edilir. Adi minik avtomobilləri isə elektrik cərəyanı ilə yüzlərlə kilometr məsafə qət edə bilirlər.

2020-cu ildə bizi elektromobillərin imkanlarını genişləndirəcək bir sıra təqdimatlar və debütlər gözləyir. Böyük məmnuniyyətlə sizə planetin 5 ən sürətli elektrik mühərrikli superkarını təqdim edirik.

Aston Martin Rapide E

Xarici görünüşünə görə, Aston Martin Rapide E öz standart sələfi Rapide çox bənzəyir. Lakin onun adında olan “E” hərfi çox şeyi dəyişir.
Rapide E — Aston Martin-in ilk tam elektrikli avtomobilidir. O, aprel ayında Şanxayda təqdim edilib.

65 kVt-lıq batareyası ilə hiperkar yerindən 100 km/saata 4 saniyədən də tez sürətlənir. Maksimal sürət isə 250 km/saatdır.

Tesla Roadster

Ən güclü Tesla Model S versiyası yerindən 100 km/saata cəmi 2,4 saniyəyə sürətlənir. Bu, avtomobili premium seqmentin Lamborghini, Bugatti, Ferrari və Porsche kimi nəhəngləri ilə bir sırada saxlayır. Lakin Tesla Roadster daha sürətlidir.

Amerika avtomobil istehsalçısı bildirir ki, seriyalı avtomobil gələcəkdə müştərilərə ilk yüzlüyə cəmi 1,9 saniyəyə sürətlənməyə imkan verəcək. Maksimal sürət isə 400 km/saatdır. Avtomobil tam dolu enerji ilə 1000 kilometrdən çox məsafə qət edə bilir.

Hispano Suiza Carmen

İspaniyanın elə də yaxşı yanınmayan şirkəti Cenevrə avtoşousunda ikiyerli, tam elektrikli superkar təqdim etdi. O, Hispano Suiza Cars şirkətinin təsisçisinin nəvəsinin şərəfinə adlandırılıb.

Yumşaq adına baxmayaraq, superkarın xarakteristikası heç də uşaq oyuncağı deyil – ilk yüzlüyə o, 3 saniyədən də tez sürətlənə bilir. Maksimal sürət isə elektron məhdudlaşdırıcı vasitəsilə 250 km/saatda müəyyənləşib.

Pininfarina Battista

Avtomobil İtaliyanın məşhur dizayn atelyesi Pininfarina-nın filialı tərəfindən yığılıb. İndi isə şirkət dünyanı elektrikli superkar istehsal edib. Yenilik dünyanı yalnız dizaynla valeh etməyəcək.

İstehsalçının sözlərinə görə, 2,6 milyon dollar qiyməti olan elektrikli bolid Battista İtaliyada layihələndirilmiş və hazırlanmış ən güclü avtomobil olacaq.

Battista-nın hər təkər üçün ayrıca olan 4 mühərriki ümumilikdə 1900 a.g. verir. Yerindən 100 km/saata sürətlənmə 2 saniyədən tez baş verir, maksimal sürət isə 400 km/saatdır.

Rimac C_Two

Şirkətin ilk modeli Rimac Concept One – bu, avtomobil mühəndisliyinin kifayət qədər sürətli və unikal nümunəsidir. Rimac C_Two isə hətta onu ötüb. Tam elektrikli, ikiyerli hiperkarın hər təkəri üçün ayrıca mühərriki var. Onlar ümumilikdə 1914 a.g. verir. Bu, Concept One-dan 700 a.g. çoxdur.

Şirkətin məlumatına görə, Rimac C_Two yerindən 100 km/saata cəmi 1,85 saniyəyə sürətlənir, maksimal sürət isə 415 km/saatdır.

Nazim Nadiroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh