Dünyanın ən tənbəl ölkələri - SİYAHI açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müxtəlif ölkələrin fiziki aktivliyinin öyrənildiyi araşdırmanın nəticələrini açıqlayıb.
Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, araşdırma zamanı 168 ölkədən iki milyon insanın məlumatları öyrənilib.
ÜST mütəxəssisləri qeyd edirlər ki, planetin əhalisinin 1/4 hissəsi yetərli qədər aktiv həyat tərzi keçirmir. Bu isə öz növbəsində piylənməyə, II növ diabetə, ürək problemlərinə və xərçəngin müxtəlif növlərinin yaranmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, aktiv insan həftədə 75 dəqiqə və ya bir həftədən bir 150 dəqiqə intensiv fiziki hərəkətlə məşğul olmalıdır.
Bu meyarları nəzərə alan ÜST ən tənbəl ölkələrin siyahısını hazırlayıb. Siyahıda ilk yeri 67 faizlə Küveyt tutub. Məlumata görə, Küveyt əhalisi idmanla heç məşğul olmur. Bundan başqa siyahıda Samoa (53,4 faiz), Səudiyyə Ərəbistanı (53), İraq (52) və Braziliya (47) qərarlaşıb.
ÜST fiziki aktivliyin yüksək olduğu ölkələrin siyahısını da açıqlayıb. Belə ki, bu siyahıda birinci yeri əhalisinin cəmi 5,5 faizi idmanla məşğul olmayan Uqanda tutub. Siyahıda ikinci yerdə əhalisinin 5,6 faizi idmanla məşğul olmayan Mozambik, üçüncü yerdə Lesoto (6,3 faiz), dördüncü yerdə isə Tanzaniya (6,5) gəlir.
ABŞ əhalisinin 40, Böyük Britaniya əhalisinin 35,9, Rusiya əhalisinin 17,1 faizi aktiv həyat tərzi sürmür.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












