Dünyanın ən uzun yoludur, amma heç bir yerə aparmır - FOTO

Avstraliyada yerləşən və dünyanın ən uzun milli magistral yolu hesab edilən 1 nömrəli magistral yolun uzunluğu təxminən 14 500 kilometrdir. Maraqlısı isə odur ki, bu yolun nə başlanğıcı, nə də sonu var.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qitənin sahil zolağını tam şəkildə əhatə edən magistral yol Avstraliyanın bütün ştatlarını və əsas şəhərlərini birləşdirərək nəhəng bir dairə yaradır.
Bu səbəbdən sürücülər aylarla davam edən səyahətdən sonra yenidən yola başladıqları nöqtəyə qayıdırlar.
1955-ci ildə əsası qoyulan bu yol şəbəkəsi ölkənin ən məşhur magistrallarını, o cümlədən, Prinses şossesini və Stüart şossesini özündə birləşdirir. Səyahət həvəskarları arasında marşrutu tam qət edənlər “Böyük Dairə”ni tamamlayanlar kimi tanınırlar.
Marşrut boyunca sürücüləri adi avtomobil yollarından fərqli olaraq müxtəlif təbii mənzərələr qarşılayır. Yol tropik yağış meşələrindən, okean sahilindəki qayalardan, kilometrlərlə uzanan çimərliklərdən və Avstraliyanın məşhur qırmızı səhralarından keçir.
Bu marşrutu tamamlamaq üçün tələb olunan vaxt səyahətin tempindən asılıdır. Təbiəti və görməli yerləri araşdırmaq istəyən turistlər adətən bu səfərə 6-12 ay vaxt ayırırlar. Daha sürətli səyahət edənlər üçün isə marşrutu qət etmək minimum üç ay çəkir.
Bununla yanaşı, rekord qırmaq istəyənlər də olub. Bir neçə sürücüdən ibarət komanda yalnız yanacaq doldurmaq üçün dayanaraq 14 500 kilometrlik marşrutu 5 gün 13 saata tamamlayıb.
Bildirilir ki, bu səyahət ciddi hazırlıq tələb edir. Xüsusilə Qərbi Avstraliya, Şimal Ərazisi və məşhur Nullarbor düzənliyindən keçən hissələr dünyanın ən təcrid olunmuş bölgələri sırasındadır. Bəzi ərazilərdə yanacaqdoldurma məntəqələri və su mənbələri arasında yüzlərlə kilometr məsafə olur.
Telefon rabitəsinin zəif olduğu və yardımın saatlarla gecikə biləcəyi bu bölgələrdə səyahətə çıxanların kifayət qədər yanacaq, su, ərzaq və fövqəladə hallar üçün avadanlıqla təmin olunması tövsiyə edilir.




Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA










