Dünyanın qeyri-adi nəqliyyat vasitələri - FOTO

Adət etdiyimiz avtobus və digər minik avtomobililləri ilə bizləri heyrətləndirmək bir o qədər də asan deyil. Dünyada elə nəqliyyat vasitələri var ki, onlar haqqında heç eşitməmisiniz. Avtosfer.az "salamnews"a istinadən həmin nəqliyyat vasitələrini təqdim edir.
1) Bambuk dəmir yolu (Kamboca) - Bambukdan hazırlanmış elektrik mühərrikli drezina saatda 40 kilometr sürətlə hərəkət edə bilir. Bu, ən səmərəli nəqliyyat vasitələrindən biridir.

2) Velotaksi (Vyetnam) - Üçtəkərli velotaksi Vyetnamın paytaxtı Hanoyda ən sürətli və məşhur nəqliyyat növlərindən biridir. Bu nəqliyyat vasitəsindən həm yerli əhali, həm də turistlər istifadə edir.

3) Avtobus-amfibiya və ya "Amfibus" (Niderland)- Bu universial nəqliyyat vasitəsi həm quruda, həm də suda hərəkət edir.Avtobus-amfibiyaya təxminən 50 nəfər yerləşir."Amfibus"lar Rotterdam turistləri arasında məşhurdur.

4) DUKW (Böyük Britaniya)- Avtobus-amfibiyanın sərnişinləri Londonun gözəlliyindən həm quruda, həm də Temza çayında həzz ala bilərlər.

5) Maqnit yastığı üzərində qatar və ya "Maglev" (Çin)- Şanxay sakinlərinin lazım olduqları yerə saatda 431 kilometr sürətlə çata bildikləri bu nəqliyyat növü mərkəzi Pudin rayonu ilə "Pudin" beynəlxalq hava limanı arasında hərəkət edir.

6) Valparaisoda taxta lift (Çili) - Liftlər ötən əsrin əvvəlində tikilib. Onlar insanların yüksək təpələrdə yerləşən rayonlara daşınmağına xidmət edib. Hazırda bu liftlərdən turistik məqsədlə istifadə olunur.

7) Qamış qayıqlar (Peru)- Qamış qayıq ("barco de totora") Peruda yetişən və "totora" adlanan qamış növündən hazırlanır. Bu nəqliyyat vasitəsi yerli balıqçılar arasında məşhurdur. Turistlər də belə qayıqlarda səyahəti sevirlər.

8) Seqvey (ABŞ)- Elektrik özübalanslaşan samokatlar ABŞ-da ən məşhur nəqliyyat vasitələri sırasına daxildir. Seqvey 2001-ci ildə Din Keymen tərəfindən ixtira edilib.

9) Conki (Honkonq)- Bu daxili mühərrikə malik ənənəvi Çin qayığı nəqliyyatı növüdür. Conki Honkonqda məşhur nəqliyyat vasitəsidir.

10) Felyuqa (Misir) - Misirlilər üçün ənənəvi olan yelkənli qayıq "felucca" artıq 1000 ildir, istifadə edilir. Bu qayıqlar Misir mədəniyyətinin ayrılmaz hissəsidir.

11) "Canal Taxi" (Tayland)- Böyük və səs-küylü qayıqlar kanal şəbəkələri üzrə müxtəlif istiqamətlərdə hər gün minlərlə turist və yerli sakini daşıyır.

12) Rikşa (Yaponiya)- Ənənəvi yapon nəqliyyat vasitəsi XIX əsrdən etibarən istifadə edilir.

13) Asma dəmir yolu (Almaniya)- Bu nəqliyyat vasitəsi 1901-ci ildən Vuppertal şəhərində fəaliyyət göstərir. Qatar hər gün 13.5 kilometr məsafə qət edərək, təxminən 82 min nəfəri daşıyır.

Uçan naməlum obyektlərlə bağlı məxfi sənədlər ictimailəşdirilir
Alman brendi avtomobilin reklamını elə təşkil etdi ki… - VİDEO
Yeni muzeydə bu eksponatlar yer ala bilər - FOTOLAR
Telefon qiymətinə elektrikli motosiklet - FOTO
Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA
Bu avtobusa ancaq qadın və uşaqlar minirlər - FOTO
Yol polisi sürücünü hansı halda saxlaya bilər? – MÜTƏXƏSSİS RƏYİ
Çinin bu şirkəti suda üzən avtomobil istehsal etdi - RƏSMİ
Turizm üçün ikinci postpandemiya dövrü?
“Toyota”dan yenilik; bu oturacaqlar 3500 dollara satışa çıxarıldı – RƏSMİ - FOTO
Metro və avtobusların kommersiya gəlirləri necə təşkil olunmalıdır? - EKSPERT








