Dünyanın yaxşı və pis metroları

Formatına görə dünya metroları bir-birindən çox fərqlənir. Sizi yerin altında hər cür sürpriz gözləyə bilər. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Rusiyanın “RİA Novosti” agentliyi dünyanın məşhur metroları haqda yazı hazırlayıb. Əvvəlcə Pekin metrosu haqda danışılıb. Yazılanlara görə, ora düşmək ayrıca dərddir. Sizi uzun-uzadı yoxlaya bilərlər. Səhər və axşam metronu hərbçilər qoruyur. Qəribədir ki, Çin paytaxtının sakinləri hökumətin belə davranışını dəstəkləyir. Daha bir maraqlı məqam odur ki, Pekin metrosunda eskalatorlar yoxdur. Tokio metrosu çox rahatdır. Yapon, ingilis, çin və koreya dillərində elanlar var. Əlillər, yaşlı adamlar, hamilə qadınlar üçün liftlər nəzərdə tutulub. Hər stansiyada tualet quraşdırılıb. Tokio metrosunda hər cür qida da almaq mümkündür. Nyu-York metrosunda hər şey tərsinədir. Yəni orada çox çirklidir. Siçovullarla qarşılaşsanız, təəccüblənməməlisiniz. Onillərdir problem həllini tapmır. Sərnişinlər özünü aşırı sərbəst aparır. ABŞ-ın digər hissəsində – Vaşinqton metrosunda isə təmizliyə ciddi riayət olunur. Çox bəzək gözə dəymir, amma xoş görünür.

Mexiko metrosu | Foto: Youtube @Brian L
Mexiko metrosunda təcavüz çox olur. Buna görə də qatarların ilk iki vaqonu həmişə qadınlar və uşaqlar üçün nəzərdə tutulur. Polis bu vaqonlara kişilərin girməməsinə ciddi nəzarət edir. Mexiko metrosu həm də ticarət mərkəzini xatırladır: hər şey satırlar. Buenos-Ayres metrosunda dilənçi çoxdur. Xoş görünən odur ki, çoxlu insan kitab oxuyur. Roma metrosu heç də qədim dünyanı xatırlatmır. Qatarlarda xeyli qraffiti gözə dəyir. Şəhər mərkəzində metro stansiyaları yox dərəcəsindədir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












