Əfsanə gerçək oldu: Qədim misirlilərin qeyri-adi texnologiyası tapıldı – FOTO

Arxeoloqlar qədim misirlilərin istifadə etdiyi böyük bir qayıq tapıb. Alimlər bunun mövcud olması haqda uzun müddətdir fikir ayrılığı yaşayırdı. Herodot hələ eramızdan əvvəl 450-ci ildə belə qayıqlar barədə yazmışdı.
Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, qayıq su altında qalmış qədim Tonis-Heraklion şəhərinin yaxınlığında, İsgəndəriyyənin şimal-şərqində tapılıb.
Qayığın əvvəllər müşahidə olunmayan quruluşu var. Böyük aypara şəklindəki gövdəsi, qalın mıxlarla bərkidilmiş taxtalar ənənəvi təsir bağışlamır. Qayıq 28 metr uzunluğundadır, Nil çayında hərəkət üçün nəzərdə tutulubmuş. Buna hətta kiçik gəmi də demək olar.
Akasiya ağacından hazırlanmış qayığın 70 faizi yaxşı qalıb. Elm adamlarının fikrincə, qayıq Herodotun təsvirlərinə çox bənzəyir.
Herodot eramızdan əvvəl 484-425-ci illərdə yaşayıb. Qədim yunan tarixçisi Babilə, Assuriyaya, Misirə, kiçik Asiyaya, Balkan yarımadasına səyahətlər edib, gördüklərini yazıb. “Tarix” traktatında Avrasiya xalqlarının əksərinin həyatını təsvir edib.



3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












