Elvis Preslinin limuzunu hərraca çıxarılıb - FOTO

Kolleksiya avtomobillərinin satışı ilə məşğul olan Mecum hərrac evi Elvis Presliyə məxsus olmuş limuzini hərraca çıxaracaqdır. 1967-ci ilin istehsalı olan Lincoln Continental modelinin satışında ən azı 300 min dollar əldə etmək planlaşdırılır. Hərrac bu gün keçiriləcəkdir.
Mecum hərrac evi limuzinin 1967-ci ildə Elvisə onun meneceri Tom Parker tərəfindən toy hədiyyəsi olaraq təqdim edildiyini bildirib. O zamankı Lincoln avtomobillərindən fərqli olaraq, Preslinin avtomobili kondisioner, sükanın hidrogücləndiricisi, elektrik şüşəqaldıranlar, elektriklə tənzimlənən ön oturacaqlar və avtomatik atenna ilə təchiz edilmişdi.


Elvisin ölümündən bir neçə il keçdikdən sonra, 1980-cı ildə, istifadəsiz qalmış limuzin Ceyms Petrozzini adlı iş adamı tərəfindən satın alınıb. Lakin, biznesmen avtomobilə xidmət göstərməyib və bir müddət sonra isə, onu ümumiyyətlə qarajda saxlayıb. Əfsanə müğənninin avtomobili qarajda 30 ildən çox qaldıqdan sonra, Petrozzinin varisləri rariteti satmaq qərarına gəliblər.
Avtomobilin pis vəziyyətdə olmasına baxmayaraq, hərrac evinin əlində pul gətirəcək dəlillər var. Bunlar, Preslinin imzası olan avtomobilin qeydiyyat şəhadətnaməsi və Tennessi ştatına təhkim edilmiş 1-ELVIS nömrə nişanlarıdır. Bu əşyalar avtomobilin qiymətini artıra bilər. (Autograph)

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












