Ən böyük yelkənli yaxta azərbaycanlının limanında - FOTOLAR

Türkiyənin ilk meqa yaxta layihəsi olan “Palmarina Bodrum” istifadəyə veriləndən bəri dünyanın ən müxtəlif qitə və ölkələrindən gələn nəhəng yaxtalar burada lövbər salıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, lakin “Palmarina Bodrum” bu dəfə başqa bir özəlliyi ilə diqqət mərkəzinə düşüb. Bu dəfə dünyanın ən böyük özəl yelkənli yaxtası - “Maltese Falcon” yaxtası “Palmarina Bodrum”a gəlib.
Dünyanın 100 ən böyük və lüks yaxtası siyahısında yer alan və Malta bayrağı altında üzən 88 metrlik “Maltese Falcon” (“Malta şahini”) İtaliya şirkəti tərəfindən inşa edilib. Bu lüks meqa-yaxta 12 nəfərlikdir, daha 18 nəfərlik də xidmət personalı var.
2006-cı ildə suya endirilən yaxtanın ilk sahibi amerikalı milyarder Tom Perkins olub. T.Perkins onu 2009-cu ildə 60 milyon funt-sterlinqə yunan əsilli britaniyalı sərmayədar, “İKOS Ltd.” şirkətinin sahibi Elena Ambrosiaduya satıb.
İrili-xırdalı 620 yaxtanı qəbul etmək gücündə olan “Palmarina Bodrum” limanına gəlincə isə bu buxta dənizçiliyin ən son tələb və standartlarına uyğun yüksək xidməti ilə seçilir. Türkiyədə yaşayan azərbaycanlı milyonçu Mübariz Mənsimovun “Palmali Group” şirkətinə məxsus liman beynəlxalq statusa və Türkiyənin dənizçilik və turizm sektorunda xüsusi paya malikdir.
Bu liman azərbaycanlı iş adamı tərəfindən 2011-ci ilin mayında satın alınaraq yenidən qurulub. İl boyu elit xidmətlər göstərməsi ilə seçilən “Palmarina Bodrum” dünyanın ən təhlükəsiz yaxta limanlarından biri hesab olunur.
Çində zədəli körpünü 43 saata düzəltdilər: Azərbaycanda isə 43 gündür iş gedir - VİDEO
Bu şəhərdə gündüz yanacaq daşımaq qadağan edildi
Bu şəhərdə parkinq əməkdaşlarının əksəriyyəti lal-kardır - FOTO
Dünya liderlərinin ilk avtomobilləri hansılar olub? - ARAŞDIRMA
Axtarışda olan şəxs sərxoşluğu ucbatından yaxalandı – VİDEO
Sərxoş sürücünün bu hərəkəti polisi TƏƏCCÜBLƏNDİRDİ – FOTO
Bu ölkədə elektrik avtobus bazarının yarısına “BYD” nəzarət edir
Sükan arxasında yemək və zəng: hansı daha təhlükəlidir?
Bu iki yol nişanını qarışdırmaq sürücülərə 450 manata başa gələ bilər – FOTO
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz















