Eqoizm, sadizm və bədxahlıq kimi xüsusiyyətlər necə formalaşır?

Psixoloqlar uzun illərdir insan təbiətinin ən qaranlıq meyllərini izah etməyə çalışırlar. Psixopatiya, narsisizm və makiavelizm bu qaranlıq meyllərin qovuşduğu nöqtə kimi “Qaranlıq qçlük” anlayışı ilə ifadə edilir. Lakin alimlərin fikrincə, məsələ bundan daha dərindir. Eqoizm, sadizm və bədxahlıq kimi xüsusiyyətlər də bu siyahıya daxildir.
Avtosfer.az xəbər verir ki, 2018-ci ildə alman və danimarkalı psixoloqlar bu qaranlıq impulsların arxasında duran əsas qüvvənin xəritəsini tərtib edərək ona D faktoru adını verdilər.
D faktoru insan təbiətindəki bütün qaranlıq xüsusiyyətlərin ortaq məxrəci kimi müəyyən edilir. Necə ki, ingilis psixoloqu Çarlz Spirman G faktoru ilə ümumi zəkanın ölçülməsi nəzəriyyəsini inkişaf etdirmişdi, D faktoru da insanın mənfi meyllərinin əsas göstəricisi hesab olunur.
Danimarkanın Kopenhagen Universitetinin psixoloqu İnqo Zettler bildirir: “İnsan şəxsiyyətinin qaranlıq tərəfləri ortaq məxrəcə malikdir. Bunu zəkanın əksi kimi müəyyən bir tendensiya kimi qəbul etmək olar”
Aparılan təhlillər göstərib ki, bu qaranlıq xüsusiyyətlər müxtəlif insanlarda fərqli formalarda özünü göstərsə də, hamısı ortaq bir D faktorundan qaynaqlanır.
Bu tapıntılar psixologiya və terapiya sahəsində yeni kəşflərə yol aça bilər. Alimlər hesab edirlər ki, bu tədqiqat insanların zərərli davranışlarını daha yaxşı anlamağa və onların qarşısını almaq üçün yeni vasitələr təqdim etməyə kömək edə bilər.
Eltac Zülfüqaroğlu
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA










