Erebus buz qayaları: Od ilə buzun birləşməsi - FOTO

Sönmüş bir yanardağın parçalarından ibarət olan qayalar dünyanın ən soyuq qitəsi Antarktidada turistlərin ən sevimli dayanacaqlarından biridir. Avtosfer.az metbuat.az-a istinadən bildirir ki, yüksəklikləri 20 metrə qədər olan buz qayaları təbii və bənzərsiz gözəlliyi ilə görənləri heyrələndirir. Dünyanın ən soyuq qitəsi Antarktida elmi araşdırmalara mövzu olmaqla yanaşı təbii gözəllikləri ilə də məşhurdur. Antarktikada yerləşən Erebus buz qayaları bambaşka bir dünyanın qapılarını açır. Erebus buz qayaları adını yunan mifologiyasındakı Xaos tanrısının oğlu Erebusdan götürən Erebus yanardağında yerləşir. Ross adasını əmələ gətirən dörd yanardağdan biri olan Erebus hazırda Antarktikanın ən aktiv yanardağıdır. İngilis qütb kəşfiyyatçısı Ceyms Klark Ross tərəfindən 1841-ci ildə kəşf edilən dağın ərazisi dünyada sadəcə 5 ədəd olan lava göllərindən birinə ev sahibliyi edir. Təxminən 1 milyon 300 il əvvəl yaranmağa başlayan və yüksəkliyi dəniz səviyyəsindən 3794 metr olan Erebus dağının içi lavalar sayəsində həddindən çox isti ikən çöldə dondurucu bir atmosfer hakimdir. Dağın ətrafındakı buz mağaralarının istiliyi 32 dərəcəyə çatır və bu mağaraların içindən vulkanik qazlar çıxır. Erebusdakı buz mağaralarınıniçi bir çox sirlərlə gizlidir. Avstraliyalı elm adamları donmuş buz təbəqəsinin altında yerləşməsinə baxmayaraq aktiv yanardağ tərəfindən isidilən mağaralarda daha əvvəl kəşf edilməmiş bəzi bitki və heyvan növlərinin yaşaya biləcəklərini ortaya çıxarıb. Bu bölgəyə səyahət edən turistlər sıx nəzarət altında səyahətlərini həyata keçirirlər.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












