Evi maşına qoyub, daşıdı - VİDEO

Taxta evi avtomobilin qoşqusu ilə daşıdı. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Braziliyada bir sakinin kiçik həcmli evini daşımaq üçün avtomobildən istifadə etməsi ölkədə maraqla qarşılanıb. San Paulo şəhərinin Qama bölgəsində avtomobillə hərəkət edən sakinlərdən birinin lentə aldığı görüntülər ölkədə geniş müzakirə mövzusuna çevrilib.
Həvəskar kamera görüntülərində, evi qoşquya yükləyən sakinin təhlükəsizlik qaydalarına riayət etmədiyi də öz əksini tapır. Ölçüsü həm avtomobilin, həm də qoşqunun ölçüsündən böyük olan ev potensial qəzaya yaşıl işıq yandırsa da, əlavə xərcə düşmək istəməyən şəxs buna o qədər də məhəl qoymur. Görüntüləri lentə alan şəxs, avtomobillə birgə hərəkətdə olan evin hər an aşmaq təhlükəsi olduğuna diqqət çəkib. Bu ehtimala qarşı sürətlə evin yanından keçdiyini deyən braziliyalı, taxta evi avtomobil şossesində daşıyan sakinin cəzalandırılmasını tələb edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












