F-16 qırıcısı təyyarə ilə toqquşdu

ABŞ Hərbi Hava Qüvvələrlərinin F-16 qırıcısı Cənubi Karolina ştatının Çarlston şəhərində “Cessna” tipli şəxsi təyyarə ilə toqquşub. Anspress-in məlumatına görə, bu haqda NBC News xəbər yayıb. Hərbçilərin sözlərinə görə, döyüş təyyarəsinin pilotu qırıcının yerə düşməsindən əvvəl tullanmağa vaxt tapıb. “Cessna”nın içində olanlar haqda məlumat verilmir. Faktla bağlı araşdırmalar davam edir.
Bir müddət öncə F-16 hərbi təyyarəsi Meksika ilə sərhəd yaxınlığında yerləşən Arizonada təlim uçuşu zamanı qəzaya uğramışdı. Hadisənin baş veridiyi Fort Uaçuka hərbi bazası araşdırma ilə bağlı işlərə yaxın günlərdə son verəcək.
Bu il ABŞ-da artıq 8-cı dəfədir F16 qəzaya uğrayır.
F16 ABŞ-ın əsas döyüş qırıcısı sayılır. O 1974-cü ildə hazırlansa da, 1970-ci illərin sonunda kütləvi istehsala başlanılıb. F16 dünyanın 20-dən artıq dövlətinin Hərbi Hava Qüvələrinin silahları sırasındadır. 4-cü nəsil kütləvi döyüş təyyarələrindən olan F-16-dan ötən müddətdə 4,5 min ədəd istehsal edilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












