"F-35" qırıcılarında 900-dək nöqsan aşkar olunub

ABŞ-ın “F-35” qırıcı-təyyarələrində döyüş hazırlığını pozan təxminən 900 nöqsan aşkar olunub.
Bu barədə “Bloomberg” agentliyi Pentaqonun test şöbəsinə istinadən məlumat yayıb.
ABŞ-ın ən bahalı döyüş texnikasında bir çox çatışmazlıqlar aşkarlanıb. Onların əksəriyyətinə hələ 2018-ci ildə bitən təkmilləşdirmə və nümayiş mərhələsində rast gəlinib, həmin vaxt bu nöqsanların sayı 941 olub. Bunu proqramın sınaq korpusunun direktoru Robert Beler bildirib.
Qırıcı-təyyarənin hazırda 871 qüsuru var – bu, keçən ilə nisbətən iki nöqsan az deməkdir. Məqalədə qeyd olunur ki, çatışmazlıqlar təyyarənin proqram təminatı və təchizatı ilə əlaqəlidir. Onlardan 10-u birinci kateqoriyanın ciddi problemi hesab olunur. Söhbət pilotların təhlükəsizliyini təhlükə altında qoya və hərbi əməliyyatların effektivliyini azalda biləcək kritik qüsurlardan gedir.
Bununla yanaşı, təyyarə “Rusiya və Çinin ən ciddi təhdidləri” qarşısında döyüş hazırlığının təsdiqlənməsi üçün lazım olan bütün simulyasiya təlimlərindən keçməlidir. Yalnız bundan sonra “F-35”-in genişmiqyaslı istehsalına başlanıla bilər.
Artıq hazırkı mərhələdə “F-35” proqramının dəyəri ABŞ-a 398 milyard dollara başa gəlib. Bu çatışmazlıqlara baxmayaraq, “Lockheed Martin” şirkəti 970 təyyarə üçün müqavilələr əldə edib, bəzi təyyarələr isə artıq müştərilərinə çatdırılıb. Bu təyyarələrin 3200-dən çoxunun ABŞ və digər ölkələr üçün istehsal edilməsi planlaşdırılır. (Apa)
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA










