“Facebook” məhkəməyə verildi

ABŞ Federal Ticarət Komissiyası (FTC) və 48 ştatın baş prokurorları ötən gün “Facebook” şirkətinə qarşı iki antiinhisar məhkəmə iddiası qaldırıb.
“Report” xəbər verir ki, FTC-nin açıqlamasına görə, həmin iddialar şirkətin “WhatsApp” və “Instagram” applarını satın alaraq “inhisarçı mövqeyinə risqləri aradan qaldırmaq üçün proqram hazırlayanlar üçün rəqabətdə əlverişsiz şərait yaradıb”, bununla da “rəqabətə ziyan yetirərməklə istehlakçılar üçün sosial şəbəkə seçimini məhdudlaşdırıb”, “reklamçıları rəqabət üstünlüklərindən məhrum” edib.
Bir ildən artıq təhqiqat aparmış FTC-yə görə “Facebook”un təsisçisi Mark Zukerberq və digər rəhbərləri yenilikçi sosial şəbəkə olan “İnstagram”ı “Facebook”un inhisarçı hakimiyyətinə təhlükə hesab edərək əvvəlcə rəqabət aparıb, sonra isə 1 milyard ABŞ dollarına satın almaq qərarına gəlib.
Həmçinin 2012-ci ildə mobil mesencerləri arasında dünya liderinə çevrilmiş “WhatsApp”ı da 2014-cü ilin fevral ayında 19 milyard dollara satın almaq elanı verilib.
“Facebook”dan sözügedən məhkəmə iddiasını şərh edərək hökumətin bir neçə il əvvəl bəyəndiyi sövdələşmələrin tarixinə dair “yeni dəyərləndirmə” olduğunu bildiriblər.
Baş prokurorların isə məhkəmə iddiasında “Facebook” şirkətinin inhisarçı mövqeyini saxlamaq üçün topladığı məlumatlardan yararlandığı vurğulanır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












