"Forbes" 10 ən varlı ərəb biznesmenin adını açıqlayıb

"Forbes" jurnalı 2021-ci ildə dünyanın 10 ən varlı ərəb biznesmenin adını açıqlayıb.
Siyahıya "Adidas" idman geyimləri və avadanlıqları istehsal edən şirkətin səhmlərinin payçısı, habelə ABŞ-ın Texas və Ayova ştatlarında fabriklərə sahib olan misirli biznesmen Nassif Saviris başçılıq edir. Onun 8,3 milyard dollar sərvəti var. Nassifin qardaşı Macuib Saviris 3,2 milyard dollar sərvətlə 4-cü yeri tutur.
İkinci ən varlı ərəb biznesmeni əlcəzairli İssad Rebrab (4,8 milyard dollar), üçüncü isə Birləşmiş Ərəb Əmirliklərinin iş adamı Məcid əl-Futtaimdir (3,6 milyard dollar). Siyahıda Qətər, Oman və Livan mənşəli biznesmenlər də yer alıb.
Qlobal miqyasda isə "Forbes" Ceff Bezosu dördüncü dəfə ard-arda dünyanın ən varlı adamı elan edib. Onun sərvəti 177 milyard dollara çatıb. Dünyanın ikinci ən varlı biznesmeni isə 151 milyard dollar sərvəti ilə İlon Mask olub. (AZƏRTAC)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












