Gələcəkdən gəldiyini deyən şəxsdən sensasion proqnoz

2250-ci ildən gəldiyini söyləyən və adını açıqlamayan şəxs tezliklə insanların 120 il yaşayacağını söyləyib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, gələcəkdən gəldiyini iddia edən şəxs növbəti 100 ildə bir sıra dəyişikliklərin olacağını da proqnozlaşdırıb. Onun sözlərinə görə, bəşər tarixi 2050-ci ildə qida qıtlığından daha çox təsirlənəcək. 2098-ci ildə dəniz suyunun səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq bir sıra ölkələrin vətəndaşları başqa ərazilərə köç etmək məcburiyyətində qalacaq. Gələcəkdə insan sayının artması nəticəsində torpaq çatışmazlığı yaranacaq. İnsanların yaşayış yeri ilə təmin olunması üçün su altında və yerin altında şəhərlər inşa ediləcək. 2150-ci ildə bütün işləri bizim əvəzimizdən süni intellekt görəcək. 2168-ci ildə Saturn planetinin süni peyki olan Titanda mikroblar aşkarlanacaq və bizim kainatda tək olmadığımız sübuta yetiriləcək. Yadplanetlilərlə indiyə qədər görüşməməyimizin səbəbi bilinəcək. Belə ki, buna yüksək səviyyəyə çatan yadplanetlilərin özlərini məhv etməsi səbəb olub. “Gələcəkdən” gələn adamın sözlərinə görə, belə bir aqibət Yer kürəsini də gözləyir.
2250-ci ildə orta insan ömrü 120 ilə çatacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












