Günah piyadadırsa hansı halda sürücü məsuliyyətdən azad edilə bilər? - AÇIQLAMA

Bəzən yüksək sürət, bəzən isə piyadaların diqqətsizliyi ağır nəticələrə gətirib çıxarır. Ümumiyyətlə, piyadaların vurulması ilə nəticələnən qəzalar həmişə mübahisə mövzusu olub. Çünki insan ölümü baş verdiyi üçün bəzən günahsız olduğu halda belə sürücü məsuliyyətə cəlb oluna bilir.
Bəs hansı halda sürücü piyadanı vurarsa məsuliyyət daşımır?
Avtosfer.az-ın suallarını cavablandıran hüquqşünas Ramil Süleymanov bildirib ki, əhalidə oturuşmuş fikir ondan ibarətdir ki, əgər qəzada piyada vurulursa, bu halda günahkar sürücüdür: “Amma qeyd edim ki, bu mövzuya ümumi əsaslarla yanaşmaq doğru deyil. Hansısa yol-nəqliyyat hadisəsi baş verdiyi zaman bununla bağlı polis tərəfindən ilkin araşdırma başladılır. Yalnız bundan sonra xəsarətə uyğun olaraq bununla bağlı inzibati və ya cinayət əməlinin törədib-törətməməsi məlum olur. Əgər törədilmiş əməldə cinayət tərkibi varsa, zərərçəkən şəxsin sağlığına ağır xəsarət yetirilibsə və ya onun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş veribsə, bununla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsinə uyğun olaraq cinayət işi başlanılır. Hər bir iş fərdi xüsusiyyətlərə malikdir. Məsələn, gündüz vaxtı yolun ortasında gedən piyadanı “zebradan” keçmədi deyə vurmaq birbaşa qəsd hesab olunur. Nəticə etibarı ilə sürücünün burada cinayət məsuliyyəti müəyyən olunur. Amma gecənin qaranlıq vaxtı və ya görünmə məhdudiyyəti az olan yolda piyadanın qaydalar çərçivəsindən kənar hərəkəti müəyyən olunarsa, burada sürücünün məsuliyyətindən söhbət gedə bilməz. Buna hüquqi qiyməti araşdırmanı aparan inspektor, müstəntiq və təhqiqatçı verə bilər. Yekun qərarı isə məhkəmə verir”.
Hüquqşünas əlavə olaraq bildirib ki, bu tip araşdırmaların əsas açarı keçirilən avtotexniki ekspertiza ilə bağlıdır:“Belə ki, avtotexniki ekspertiza rəyində qeyd edərsə ki, sürücünün qəzanın qarşısını almaq üçün texniki imkanı olmuş və o, qəza baş verməməsi üçün əlindən gələni etmişdirsə, sürücünün məsuliyyətdən azad olunması mümkün ola bilər. Əks təqdirdə, mənfi verilən rəy sürücünün məsuliyyətə cəlb olunmasına səbəb ola bilər. Burada eyni zamanda müstəntiq tərəfindən doğru qoyulan suallara da fikir vermək lazımdır. Ümumi şəkildə götürsək, piyada tərəfindən də hər hansı bir minmə-düşmə əməliyyatları olduğu zaman, eləcə də, günün işıqlı vaxtı sürücünü çaşdıran hallar olarsa, sürücü digər yol nəqliyyat iştirakçılarına və daşınmaz əmlaka zərər vurduğu zaman hüquq mühafizə orqanları tərəfindən araşdırılır”.
Eltac Zülfüqaroğlu
Bu ölkədə piyada sürəti ilə bağlı zolaqlar təşkil olunur - FOTO
Elektrikli avtomobillərdə mufta və sürət qolu dövrü yenidən gündəmə gəlir?
Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO
Tıxacdan bezən sürücü maşını avtopilota qoyub marketə getdi – VİDEO
Bu şəhərdə niyə yalnız ağ rəngli avtomobillərə icazə verilir? – ARAŞDIRMA
Arxeoloqlar 2300 yaşlı pivə tapdılar
Azərbaycanda maraqlı toy: Bəy restoranda motosikletə mindi – VİDEO
Köhnə avtomobillərdəki dördüncü pedalın sirri açıldı - ARAŞDIRMA
Bakı səmasında qəribə görüntü - VİDEO
Dəmiryol xətləri üzərinə Günəş panelləri düzdülər - FOTO
Səmada möhtəşəm görüş: Venera və Yupiter bir-birinə rekord dərəcədə yaxın görünəcək - FOTO










