Helikopeteri qaçıran ŞAXTA BABA - VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, San Paulo şəhərində insanlara göydən hədiyyə atmaq bəhanəsi ilə helikopter sifariş verən Şaxta babanın, sən demə niyyəti o qədər də təmiz deyilmiş. Havada uçarkən pilota silah tuşlayan Santa Klaus helikopteri oğurlayıb.
Şaxta Babanın soyğun planından dostundan başqa heç kimin xəbəri olmayıb. Onun silahlı ola biləcəyini düşünməyən hava limanı işçiləri, santa klausun üstünü yoxlamadan helikopterə mindirib. Bir müddət sonra paltarının altından çıxardığı tapança ilə pilotu hədələyən Şaxta baba, ondan tamamilə fərqli istiqamətə, şəhər kənarına uçurmağı tələb edib. Enişdə onları gözləyən 3-cü şəxs Santa Klausla birlikdə hərəkət edərək pilotun əl-qolunu bağlayaraq bir kənara tullayıb. Daha sonra helikopterə minərək aradan çıxıblar.
Olayın üstü, zərərçəkən pilotun çətinliklə qolundakı kəndiri açaraq polisə xəbər verməsindən sonra açılıb. İndi şaxta baba və helikopterin axtarışına çıxan asayiş keşikçiləri hələ ki, bir nəticə əldə edə bilməyib. Ümumiyyətlə şaxta babaların bu tip macəraları birinci və axırıncı deyil. Ötən il ABŞ-da bir santa klaus uşaqlara hədiyyə paylamaq əvəzinə, sakinlərə külli miqdarda marixuana gətirmişdi.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












