Hər gün 34 km yolu piyada qət edən adam – VİDEO

Avtosfer.az atvxəbər-ə istinədən xəbə verir ki, bu adam işə gedib-gəlmək üçün hər gün 34 km yolu piyada qət edir. Amerikalı Ceyms Robertson son 10 ildə bir səyyahın gedə biləcəyi qədər yol gedib. Nə dünya, nə də ölkə səyahətinə çıxan Ceymsin yeganə məqsədi işə vaxtında çatıb, evə çörək pulu aparmaqdır.
İqtisadi baxımdan çökmüş Detroyt şəhərində yaşayan Ceyms, Roçester Hİllsdə yerləşən iş yerinə piyada gəlməyə məhkumdur. Çünki onun yaşadığı ərazi ilə iş yerini birləşdirən hər hansı avtobus xətti yoxdur. Deyir ki qazancı pis deyil. İşlədiyi məkanda saat başı 10 dollardan çox pul qazanır. Bununla belə, bu məvacib də ona pul toplayıb, maşın almağa imkan vermir. Hər gün işə piyada gəlib, piyada qayıdan Ceyms Robertson bu minvalla 2 şəhər arasındakı məsafəni də ayaqla qət etmiş olur. Bəzən evə qayıdanda qarşısına avtobus çıxır. Bu gecə saat 1 radələrinə baş verir. Həmin avtobusun sürücüsü Ceymsi evindən 9 km aralıda düşürür. Gecənin bir aləmində Ceyms 9 km yolu piyada qət etməli olur. Gün ərzində 35 kilometrə yaxın yolu piyada qət edən Ceyms Robertsin xəbəri yerli mediada yayımlanar-yayımlanmaz ölkənin dörd bir yanından sakinlər bu insana yardım etmək qərarına gəlib. Avtomobil almağa gücü çatmayan Ceyms üçün bir saat ərzində 42 min dollardan çox pul toplanıb. Soyuq qış günlərində yeni avtomobilin sayəsində ayaqları yerdən üzülən Ceyms, qarlı-boranlı yollardan xalqın köməyi ilə vidalaşa bilib.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










