Həyatla ölüm arasında velosiped sürdü – VİDEO

Həyatla ölümün sərhədində bir təkərli velosiped sürdü. Rumıniyalı Flaviu Çerneskunun son çıxışını başqa sözlə ifadə etmək bir az çətindir. Onun heç bir təhlükəsizlik tədbiri görmədən velosiped sürdüyü yolun bir tərəfi 166 metr dərinliyi olan uçurum, bir tərəfi isə insanların sərbəst hərəkət etdiyi asfaltdır. Avtosfer.az atvxəbər-ə istinadən bildirir ki, 31 yaşlı Flaviu hər zaman öz qeyri- adi və təhlükəli şouları ilə gündəmə gəlib və öz cəsarəti ilə dünya şöhrəti qazanıb. Amma bu dəfə o, bu günə qədər sərgilədiyi hərəkətlərdən daha təhlükəlisini gerçəklləşdirib. Ölkənin ən hündür su anbarının hüdudlarında bir təkərli velopised sürməyə qərar verən gəncin məşqi də izləyənləri vahimələndirməyə kifayət edir. Uçurumdan yıxılacağı təqdirdə, Çerneskunu ölümdən heç nə xilas etməyəcəkdi. O isə bu təhlükəyə baxmayaraq, uçurumun sıfır nöqtəsində kəndirbaz kimi kürələrlə oynayıb. Daha sonra birtəkərli velosipedlə incə körpü üzərində gəzməyə başlayan Çernesku ölüm təhlükəli hərəkəti uğurla başa vura bilib. Maraqlısı isə odur ki, Flaviu Çernesku əslində hər zaman hündürlükdən qorxub. O bu qorxuya qalib gəlmək üçün hündür məkanlara çıxıb. Rumıniyalı bu hərəkəti o qədər təkrarlayıb ki, artıq hündürlükdə ən təhlükəli performansları sərgiləyən insandır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












