Hitlerin doğulduğu bina polis bölməsinə çevriləcək

Adolf Hitlerin Avstriyada anadan olduğu bina polis bölməsinə çevriləcək. Avtosfer.az-ın APA- ya istinadən verdiyi xəbərə görə, bu barədə Avstriya Daxili İşlər Naziri Volfqanq Pesçorn deyib. O bildirib ki, bu addım əmlakın nasizmi xatırlatmamağı üçün atılıb. Hökumət sağçıların ziyarətini dayandırmaq üçün uzun illər bu binanı keçmiş sahibindən icarəyə götürüb. 2014-cü ildə hökumətin bu binanı qaçqınlar üçün mərkəzə çevirmək planı isə nəticəsiz qalıb. 2016-cı ildə hökumət 810 min avro ödəyərək binanı almaq məcburiyyətində qalıb. Bəziləri bu binanın sökülməsini dəstəkləsə də, binanın xeyriyyə işində və ya barışıq evi olaraq istifadə edilməsi ideyasını dəstəkləyənlər də olub.
Qeyd edək ki, Adolf Hitler 1889-cu ilin 20 aprelində Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olub. Ailə bölgədəki başqa bir ünvana köçməzdən əvvəl bir neçə həftə XVII əsrə aid olan bu binada yaşayıb. Hitlerin 3 yaşı olanda isə ailə qəsəbəni tərk edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












