Hörmüz boğazından keçən Yaponiya gəmilərinin sığortası 10 dəfə artırılıb

Yaponiya Hörmüz boğazında vəziyyətin gərginləşməsi ilə əlaqədar neft məhsullarının daşınmasında müəyyən çətinliklərlə qarşılaşıb.
Avtosfer.az xəbər verir ki, Hörmüz boğazından keçən tankerlərin sığorta məbləği böhrana qədər olduğundan 10 dəfə artıb.
Nəşrin məlumatına görə, son aylarda sığortaçılar tarifləri 0,025 faizdən 0,25 faizədək qaldırıblar. Beləliklə, əgər boğazdan keçən tankerin dəyəri 10 milyard yen (təqribən 92 milyon dollar) təşkil edirsə, bu zaman onu sığorta etmiş şirkət əvvəllər olduğu kimi 23 min dollar deyil, 230 min dollar ödəməlidir.
Bundan əlavə, İrandan maksimum uzaqlaşdırılmaq üçün tankerlərin marşrutu dəyişdirilib. Yaponiya şirkətləri tərəfindən sığortalanan tankerlər, həmçinin Hörmüz boğazını maksimum sürətlə keçməlidirlər ki, bu da əlavə yanacaq sərfiyatına səbəb olur. Bu kanal neft məhsullarının Yaponiyaya daşınması üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, Yaponiya xammalın 80 faizini İran körfəzi ölkələrindən alır. (Azertac)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












