İctimai nəqliyyatı ən bahalı olan şəhərlərin reytinqi açıqlanıb - TOP-10

"Deutsche Bank"ın mütəxəssisləri dünyada ən bahalı ictimai nəqliyyatı olan şəhərlərin reytinqini tərtib edib. Xərcləri qiymətləndirmək üçün hər bir şəhərdə ictimai nəqliyyatda aylıq biletin dəyəri götürülüb. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, siyahıya Böyük Britaniyanın paytaxtı London başçılıq edir. Bu şəhərdə bir ay ərzində ictimai nəqliyyatdan istifadə etmək təxminən 180 ABŞ dollarına başa gəlir. Şəhərdə 700-ə yaxın marşrut avtobusu fəaliyyət göstərir. Bu avtobuslar özəl operatorlar tərəfindən idarə olunur. Londonun simvollarından biri ikimərtəbəli qırmızı avtobuslardır.
Bundan başqa, şəhər ən qədim metropolitenə malikdir. Hazırda London metrosu ümumi uzunluğu 402 km təşkil edən 11 xətdən və 270 stansiyadan ibarətdir. Şəhər metrosu il ərzində 1 milyarda yaxın sərnişinə xidmət göstərir. Bu göstəriciyə görə London metrosu yalnız Moskva və Paris metropolitenlərinə uduzur.
İctimai nəqliyyatı ən bahalı olan şəhərlərin reytinqi:
|
# |
Şəhər |
Ölkə |
Aylıq gediş haqqı, ABŞ dolları |
|
1 |
London |
Böyük Britaniya |
179,4 |
|
2 |
Dublin |
İrlandiya |
128,1 |
|
3 |
Oklend |
Yeni Zelandiya |
125,7 |
|
4 |
Tokio |
Yaponiya |
123,1 |
|
5 |
Nyu-York |
ABŞ |
121 |
|
6 |
Sidney |
Avstraliya |
120,6 |
|
7 |
Vellinqton |
Yeni Zelandiya |
113,1 |
|
8 |
Toronto |
Kanada |
107,5 |
|
9 |
Çikaqo |
ABŞ |
107 |
|
10 |
Melburn |
Avstraliya |
102,3 |
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












