İnəklərə 200 dollar təqaüd veiləcək - QƏRİBƏ SƏBƏB

Sabah İsveçrədə inəklər və keçilərin buynuzlu olub-olmaması üçün referendum keçiriləcək. Avtosfer.az xəbər verir ki, buynuzlu heyvanların buynuzlarının kəsilməsinə qarşı olan 66 yaşlı isveçrəli fermer Armin Kapaul 9 illik mübarizəsindən sonra 100 000 imza toplayıb və mövzunun referenduma çıxarılmasına nail olub. Fermer qeyd edib ki, heyvanları doğulduqları kimi qəbul etmək və hörmət bəsləmək lazımdır. O, inəklərin buynuzları vasitəsilə başqa heyvanlarla təmasa keçdiklərini və bədən temperaturlarını qoruduqlarını bildirib. Seçicilər referendumda heyvanların buynuzlarının təbii olaraq uzanmasını istəyən fermerlərə dövlət dəstəyinin verilməsinə öz münasibətlərini bildirəcəklər. Qeyd edək ki, İsveçrədə inəklərin, təxminən, 75%-nin buynuzları kəsilir və onların balaları genetik olaraq buynuzsuz doğulur. Buynuzsuz inəklər daha az yer tutduqları üçün onları bəsləmək daha ucuz başa gəlir. Referendumdan fermerlərin lehinə qərar çıxarsa, dövlət buynuzlu inəklərə 200 dollar (340 manat) təqaüd verəcək. (publika.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












