İnsan orqanizmində plastik kütlə aşkarlanıb

İnsan orqanizmində ilk dəfə olaraq plastik kütlə aşkarlanıb. O insan orqanizminə plastik qablarda yerləşdirilən su və qida məhsulları vasitəsilə daxil olur. Mikroplastikin insan daxili orqanlarına təsiri hələlik öyrənilməyib. Əvvəllər də dünyanın ən gözənilməz yerlərində, məsələn Arktikada butulkalardakı su, kosmetika, geyim, balıq məhsullarında mikroplastik zərrəciklər tapılmışdı. Bu günlərdə Alman tədqiqatçıları onları insan orqanizmində də aşkar ediblər.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, təcrübə məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşı 33-dən 65-ə qədər olan könüllülər plastik butulkadakı su və plastik qablardakı qida məhsullarından istifadə ediblər. Yoxlanılan 8 nəfər arasında vegetarian olmayıb - onların hamısı ət, balıq və dəniz məhsulları ilə qidalanıb. Vyana Tibb Universitetinin alimləri bir həftədən sonra layihə iştirakçılarının analizlərini yoxladıqda, onların nəcisində plastik kütlə aşkar ediblər. Nümunələrdə 50-dən 500 mikrona qədər miqdarda mikroplastik zərrəciklər aşkar olunub. “Şpiegel” jurnalının məlumatına görə, onlarda elementlərin müxtəlifliyi, yəni PET və polipropilenin aşkar olunması tədqiqatçıları təəccübləndirib. Mikroplastikın insan orqanizminə təsiri barədə bu günədək tamamlanmış bir tədqiqat yoxdur. Lakin okeanlarda yaşayan balina, köpək balığı və iri yırtıcı balıqların mədə və bağırsaqlarındakı plastik qabların zəhərli maddələrindən əziyyət çəkirlər. Bəzi heyvanların qanında, limfasında və qaraciyərində mikroplastik aşkar olunub. “Suddeutsche Zeitung” qəzetinin xəbərinə görə, hissəciklərin mədə-bağırsaq traktında iltihab proseslərinə səbəb olması barədə ilk sübutlar var.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












