İş adamı lüks yaxta ilə çimərliyə gəldi, pulsuz dönər və ayran payladı - FOTO

Şəxsi yaxtası ilə Bodruma gələn Türkiyənin tanınmış iş adamı Qurban bayramı ilə əlaqədar ictimai çimərlikdə dincələn əhaliyə pulsuz dönər, ayran və uşaqlara qarğıdalı paylayıb.
Avtosfer.Az virtualaz.org-a istinadən xəbər verir ki, adını açıqlamayan bu şəxsin daha əvvəl də xeyriyyəçilik əməlləri ilə gündəmə gələn Sezgin Baran Korkmaz olduğu məlum olub. Bodrumun Cənnət Koyu ərazisinə özünün 46 metrlik "Queen Anne" adlı yaxtası ilə gələn biznesmenin turizm, dərman, daşınmaz əmlak və avtomobil ehtiyat hissəsləri sektoruna yatırımlar etdiyi bildirilir.
Pulsuz lahmacun paylandığını görən əhali dəniz kefini bir kənara qoyub, təxminən min ədəd lahmacun camaata 5 dəqiqə ərzində paylanılıb. Uşaqlara isə qızardılmış qarğıdalı hədiyyə edən iş adamı özü də çimərlikdə istirahət edən insanlarla söhbətləşib, bayramlarını təbrik edib. Sonra isə ailəsi ilə birlikdə çimərliyi səssiszcə tərk edib.
KİV-in yazdığına görə, S. Korkmaz ötən il də Qurban bayramında oxşar xeyriyyəçilik əməli ilə gündəmə gəlmişdi. O, bayram öncəsi İstanbulda yerləşən məhəllə bazarlarından birində bütün piştaxtaları satın alaraq göyərti və meyvə satan insanlara paylayıb.




O.Ə.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












