İşə piyada gedənə avtomobil hədiyyə edildi - FOTO

Avtosfer.az xəbər verir ki, "Ford" şirkəti ABŞ-ın Detroyt şəhərində yaşayan Ceyms Robertsona hər gün işə 34 kilometr piyada yol getdiyinə görə avtomobil hədiyyə edib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, C.Robertson bundan sonra işə yeni "Ford Taurus" avtomobilində gedəcək.
Qeyd edək ki, 58 yaşlı C.Robertson 1998-ci ildə avtomobilinin xarab olmasından sonra işə piyada getməyə qərar verib. Yeni avtomobil almağa pulu olmayan fabrik işçisi hər gün səhər saat 08:00-da yola düşür. O, saat 14:00-da başlayan işə gecikməmək üçün evlərindən 6 kilometr aralıda yerləşən bələdiyyə avtobusuna çatmalı, avtobusdan endikdən sonra isə fabrikədək daha 11 kilometr qət etməlidir. Saat 22:00-da işdən çıxdıqdan sonra da eyni məsafəni qət edən C.Robertson evə yalnız saat 04:00-da çata bilir. Evində 4 saat qalan bu işçiyə kömək məqsədilə universitetlərdən birinin tələbələri internet vasitəsilə indiyədək 300 min dollar pul toplayıblar.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
















