İt minlərlə kilometr yolu buna görə getdi - VİDEO

Sahiblərindən ayrı düşən it ölkəni bir ucundan o biri ucunadək uzaq yol qət edərək, evinə geri dönüb. ABŞ-da Penni adlı bir itin minlərlə km aralıdakı evlərini tapması ölkədə hər kəsin marağına səbəb olub. Avtosfer.az atvxəbər.az-a istinadən xəbər verir ki, sahibləri Pennini ABŞ-ın sakit okean sahillərindəki Takoma şəhərində, veterinar mərkəzinə təhvil vermişdi. O, ömrünün son aylarını burda keçirməli, baytarların nəzarəti altında qalmalıydı. Amma həmin mərkəzdən qaçan it nə az, nə çox 3862 km məsafə qət edərək Pensilvaniyadakı evlərinə dönüb. İtin bu qədər uzaq məsafədən evlərini necə gəlib tapdığı isə qaranlıq olaraq qalır. Onun harda olduğu, hara getdiyi isə üzərindəki mikro-çipdən, GPS ötürücüsündən izlənilib. Bununla belə, sadiq köpək yenidən baytar nəzarətinə götürülüb. Amma sahiblərindən kənarda qalmayacaq. Hələlik ölkədə xəbər başlığına çevrilən Penni, sosial mediyada da amerikalılar arasında geniş müzakirələrə səbəb olub.
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO










