İtaliyada pulsuz evlər paylanılır

Məlumdur ki, İtaliyada daşınmaz əmlakın qiymətləri çox bahadır. Məsələn, Siciliya adasında evlərin qiyməti 133 min avrodan başlayaraq 2,8 milyon avroyadək dəyişir. Lakin elə bu adada pulsuz evlər də paylanılır.
AZƏRTAC xəbər verir ki, Siciliyanın mərkəzində yerləşən və orta əsrlərdə tikilmiş Kammarata şəhərində bu pulsuz evlər əldə etmək mümkündür. Lakin burada bəzi nüanslar var.
Belə ki, pulsuz ev əldə etmək istəyənlər 3 il ərzində onu rekonstruksiya etməlidirlər və bunun üçün artıq dəqiq plan olmalıdır. Rekonstruksiya evin xarici ilkin görünüşünü dəyişməməlidir. Təmir qiymətləri isə həddindən artıq bahadır. Bazar qiymətlərinə əsasən, şəhərdə bir kvadratmetrlik sahənin təmiri 700 avro civarındadır. Təmirdən öncə ev sahibi bələdiyyəyə 5 min avro beh ödəməlidir.
Kammarata şəhəri sürətlə boşalır. Hazırda burada 6300 nəfər yaşayır. Evlərin çoxu atılmış və yarımdağılmış vəziyyətdədir. Hazırda 8 ev bağışlanmaq üçün gözləyir. Daha 100 ev atılmış vəziyyətdə bələdiyyənin hesabındadır. Pulsuz ev almaq istəyənlər arasında üstünlük gənc ailələrə verilir. Dünyaya uşaq gətirmək istəyənlərə isə əlavə 1000 avro hədiyyə verilir. Evləri biznes məqsədilə də istifadə etmək olar. Məsələn onları restavrasiya edib hotel halına gətirmək mümkündür.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












