İtlər qoxu ilə xəstəlikləri tapacaqlar

Böyük Britaniyada Darem Universitetinin araşdırmaçıları itlərin unikal xüsusiyyətini aşkarlayıb. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, onların fikrincə itlər malyariya xəstəliyini müəyyən edə bilir. Bu barədə hesabat Yeni Orleanda Amerika Tropik Tibb və Gigiyena Dərnəyinin illik toplantısında səsləndirilib. Hesabatda qeyd edilir ki, parazitik oqranizmlərə yoluxmuş insanlarda heç də hər zaman malyariyanın ənənəvi əlamətləri müşahidə edilmir. Bununla yanaşı onları xüsusi qoxuya malik olur. Alimlər bu nəticəyə gəlmək üçün Qambiya uşaqlarının iştirakı ilə araşdırma aparıb. Təcrübədə malyariya xəstəliyinə yoluxmuş və xəstəliyin heç bir əlaməti müşahidə edilmədiyi 30 və 143 sağlam uşaq iştirak edib. Bütün uşaqlara neylon corab verilib. Onlar bütün gecəni həmin corabda keçiriblər. Səhər həmin corablar xüsusi soyuducu kameralarda Böyük Britaniyaya gətirilib. Burada iki labrador və labrador–retriver itləri corabları qoxulayıb. Bu itlərə öncədən malyariya xəstəliyi keçirmiş insanların corabları verilib, qoxu onlara öyrədilib. Nəticədə itlər bütün uşaqların corablarını qoxulayaraq, qoxuya görə, 70 faiz xəstə uşaqları, 90 faiz sağlam uşaqları isə müəyyən edə bilib.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












