İtləri ilə birlikdə 4 aydır maşında yaşayır - VİDEO

Avtosfer.az atv-yə istinadən xəbər verir ki, bəzən ekstremal şəraitlərdə sürücülər gecəni öz avtomobillərində keçirməli olurlar. Amma britaniyalı Hilari Barous üçün bu ekstremal vəziyyət aylardır ki davam edir. 57 yaşlı ali təhsilli qadın Avropanın fərqli-fərqli ölkələrində ingilis dili müəlliməsi işləyib. Yaşlandığını görərək vətənə qayıtmağa qərar verən Hilari, burda asanlıqla iş tapacağına ümid edib. 3 həftə ərzində iş tapa bilməyən müəllimənin bütün pulları qurtarıb. Şəhər bələdiyyəsindən sığınacaq istəsə də, rəhbərlik ona yalnız itlərindən əl çəkəcəyi təqdirdə mənzil verə biləcəklərini deyib. Amma öz sadiq dostlarına sadiq qalan Hilari, bələdiyyə mənzilinə buraxılmayan köpəklərindən ayrılmayıb. Beləliklə o, həmin itlərlə birgə minik avtomobilində yaşamağa məhkum olub. O bu avtomobildə qidalanır, sükan arxasında dişlərini sürtür, yuxusunu belə avtomobil oturacağında alır.
Diqqət çəkən başqa bir məqam da var. Hilari Barousu yaxına buraxmasalar da, onun itlərinə rəhm edən tapılıb. Heyvanları müdafiə dərnəkləri onun itlərini vaxtı-vaxtında qida ilə təmin edir. Hilari isə hər gün sükan arxasında şorba içməklə mübarizəsini davam etdirir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












