"Kamaz" 22 metr havada uçdu – VİDEO

Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən driftinq yarışında tamaşaçılar qəribə çıxışa şahid olub.
Əsasən sovet istehsalı olan avtomobillərin istifadə olunduğu yarışda bir kamaz sürücüsü ağır tonnajlı yük maşınını tramplindən havaya uçurub.
Ağırlığı 10 tona yaxın olan Kamaz markalı yük maşınını 2013-cü ildə Dakar Rallisinin çempionu olan Eduard Nikolayev idarə edib. Yarış meydançasında bir neçə dövrə vurduqdan sonra sürətlə tramplinə yaxınlaşan adrenalin həvəskarı ağır tonnajlı maşını 22 metr havada uçurmağa müvəffəq olub.
10 tonluq texnikanın havada süzdüyünə ilk dəfə şahid olan ruslar Nikalayevin çıxışını həyəcanla izləyiblər. İlk dəfədir ki, bir sürücü kamazı havada 22 metr uçurmağa müvəffəq olur. Bununla belə, Gines rekordlar kitabının ekspertləri bunun yeni bir dünya rekordu olub-olmadığını dəqiqləşdirmək üçün görüntüləri araşdıracaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












