Kişilərin "ikinci arvadı" avtomobil – Qadın, yoxsa maşının xərci çoxdur?
Maraqlı
19 Yanvar 2021 00:50

Azərbaycan ən çox avtomobil idxal edilən, alınıb-satılan ölkələrdən biridir. Bu ölkədə ən populyar sayt da avtomobil saytıdır. Maşını olan kişi əvvəllər imkanlı hesab edilirdisə, indi “çörək ağacı var” deyə qəbul edilir. “Maşın ikinci arvaddır” deyimini isə yəqin ki, ərindən xəsislik görən qadınlarımız icad edib. Ya da həqiqətən evləndikdən sonra arvadın yox, maşının çox pul tələb etdiyini görən kişilər.
Gent.az ailə büdcəsinin qənimi, bəzən arvadı ərindən ayıran maşının kişinin həyatında yarada biləcəyi problemləri və xərci barədə kiçik araşdırma aparıb.
Arvadların gözünün düşməni
- “Elə ki, kişidən nəyəsə artıq pul istəyirəm, 7 dəsmal çıxarıb ağlayır. 2 ildir nimdaş paltoda, ayaqqabıdayam, vecinə də deyil. Ancaq yemək, kommunal, uşaqlar, bir də maşın. Maşın ustası deyən kimi 200-300 manat lazımdır, hardan olsa tapıb aparır”.
- “Bəzən hirsimdən istəyirəm ki, maşını çəkiclə əzim. Çünki onun ucbatından büdcəmiz artmır. Deyirəm, sataq. Deyir bu köhnədir, xərci çoxdur, satıb başqasını alaram. Bu yerdə ərimi də boğmaq istəyirəm”.
- “Mənə deyirlər ki, ərinin maşını var, bəxtəvərsən. Amma hansı günümə sevinirlər bilmirəm. Uşaqları özüm dərsə aparıram, bazar-dükana da özüm gedirəm, həkimimə də. Maşın ancaq kişinin xidmətindəndir. İşə gedir, gəlir. Ürəyi hara istəyir özü gedir, lazım olanda tapılmır. Uzaq yola benzin çox gedir. Ancaq anasıgilə aparmağa maşın lazım olur”.
Oxunub : 3276
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:48
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
11 Noyabr 2026 12:30
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
10 Noyabr 2026 17:02
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
8 Noyabr 2026 10:54
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
7 Noyabr 2026 00:24
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
6 Noyabr 2026 13:00
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
6 Noyabr 2026 10:30
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
5 Noyabr 2026 18:51
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
ŞƏRH YAZ












