Köhnə "Mercedes-Benz" iclas otağına çevrilib - FOTO

Mercedes-Benz şirkəti ilə işləyən Antoni reklam agentliyində qeyri-adi iclas otağı peyda olub. Bu otaq keçən əsrin 80-ci illərində alman markası üçün vacib avtomobillərdən biri sayılan Mercedes-Benz 190 modelinin əsasında yaradılıb.
Qeyri-adi iclas otağı agentliyin ofisində yerləşir və ondan alman markasının nümayəndələrini qəbul etmək üçün istifadə edirlər. Yaşına baxmayaraq, avtomobil çox yaxşı vəziyyətdədir. Layihənin müəllifləri salondakı rahatlığı təmin etmək məqsədi ilə avtomobilin döşəməsini və sağ tərəfdəki qapılarını çıxarıblar.


Qeyri-adi iclas otağının şəkilləri Mercedes-Benz markasının marketinq üzrə direktoru Rob Helloueyin tvitterində dərc edilib. Onun sözlərinə görə, avtomobilin salonundakı kasetli maqnitofon işlək vəziyyətdədir, baqaj bölümündə isə mini-bar yerləşdirlib. Ön oturacaqlar arxadakılara tərəf döndərilib və mərkəzi konsolun bir hissəsi saxlanılıb. Məkanı genişləndirmək üçün sükan və pedallardan imtina edilsə də, salonun qalan hissələri olduğu kimi saxlanılıb. (Autograph)


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












