Könüllülərdən ictimai asayiş keşikçilərinə dəstək - FOTO

Yeni növ koronavirus infeksiyasının ölkəmizdə yayılması ilə əlaqədar xüsusi karantin rejimi şəraitində yorulmadan fəaliyyət göstərən Azərbaycan könüllüləri Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq, növbəti aksiya çərçivəsində Bakı şəhərində ictimai asayiş keşikçilərinə dəstək nümayiş etdiriblər.
Belə ki, könüllülər xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməsinə nəzarət üzrə fasiləsiz xidmət göstərən hüquq mühafizə orqanları əməkdaşlarına dəstək və minnətdarlıqlarının təcəssümü olaraq, öz təşəbbüsləri ilə onlara kiçik su qabları hədiyyə edib və könüllülərin dəstək sözlərinin ifadə olunduğu açıqcalar çatdırıblar.
Bununla da, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında, sözün əsl mənasında, fədakarlıq göstərən bu şəxslərlə həmrəyliklərini və vətəndaş məsuliyyətlərini nümayiş etdiriblər.
Təqdirəlayiq haldır ki, xüsusi karantin rejiminin qaydalarını nəzərə alaraq, könüllülər Bakı şəhərində SMS icazə sisteminin yaratdığı iki saatlıq açıq havada olma hüquqlarından məhz bu aksiyada iştirak etmək məqsədilə istifadə ediblər.
Qeyd edək ki, yeni növ koronavirus pandemiyası ilə mübarizədə dövlətin gördüyü tədbirlərə dəstək məqsədilə bir araya gələn Azərbaycanın bütün aparıcı könüllü hərəkat və təşkilatlarını bir çətir altında birləşdirən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarı altında könüllüləri səfərbər etməklə, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsini həyata keçirir.
Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” və “Bir-birimizi qoruyaq!” aksiyalarında minlərlə könüllü iştirak edib və on minlərlə insan əhatə olunub.
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO












