Köpəkdən vəfa örnəyi: Koronavirusdan ölən sahibini aylarla xəstəxanada gözlədi - FOTO
Maraqlı
28 May 2020 08:00

Uhan sakini həyatını itirib
Çinin Hubey əyalətinin Uhan şəhərində vəfalı it koronavirusdan ölən sahibini aylarla xəstəxanada gözləyib. Bu barədə məlumatı “Oriental Daily News” çatdırıb. Məlumata görə, COVID-19 diaqnozu qoyulan Uhan sakini fevral ayında xəstəxanaya yerləşdirilib, lakin koronavirusa məğlub olaraq, həyatını itirib. Onun vəfalı dostu isə xəstəxananı tərk etməyərək, aylarla, səbrlə sahibinin gəlməsini gözləyib.
Bu hal xəstəxananın yaxınlığındakı mağaza sahibinin gözündən yayınmayıb və o, itə qulluq etməyə başlayıb. İt də bunun əvəzini onun dükanını mühafizə etməklə çıxıb.
“Mən müvəqqəti olaraq mağazadan uzaqlaşanda Sya Bao (Çin dilindən tərcümədə “balaca möcüzə”) qapının ağzında uzanır və oranı qoruyurdu”, - deyə qadın vurğulayıb.
Mağaza sahibi onu evinə aparmağa bir neçə dəfə cəhd etsə də, hər dəfə it xəstəxanaya qayıdıb.
“Syao Bao danışa bilməsə də, onun sahibini axtardığını bilirik”, - deyə qadın bildirib.
Heyvanların xəstəxanada yaşaması qadağan olunduğundan hazırda vəfalı it tibbi mərkəzdən çıxarılıb və sığınacağa verilib.
Oxunub : 1380
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:48
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
11 Noyabr 2026 12:30
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
10 Noyabr 2026 17:02
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
8 Noyabr 2026 10:54
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
7 Noyabr 2026 00:24
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
6 Noyabr 2026 13:00
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
6 Noyabr 2026 10:30
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
5 Noyabr 2026 18:51
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
ŞƏRH YAZ












