Kosmosda uzun müddət qalmağın baş-beyinə təsiri araşdırılıb

Alimlər kosmosda uzun müddət qalmağın baş-beyinin quruluşuna təsirini araşdırıblar. Müvafiq tədqiqatın nəticələri “Science Advances” nəşrində dərc edilib.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, Avstraliya, Belçika, Almaniya və Rusiya alimləri Beynəlxalq Kosmik Stansiyada orta hesabla 171 gün olmuş 11 nəfər rusiyalı kosmonavtın beyin quruluşunu tədqiq ediblər. Alimlər onların hər biri üçün üç dəfə (bir dəfə uçuşdan əvvəl, iki dəfə uçuşdan sonra) diffuziya MRT-si həyata keçiriblər.
Tədqiqatçıların fikrincə, neyrovizualizasiya metodlarından istifadə edilməsi kosmik uçuşdan sonra beyində struktur və funksional dəyişikliyi ilk dəfə müəyyənləşdirməyə imkan yaradıb. Məlum olub ki, uzun müddət çəkisizlik şəraitində qalmaq nəticəsində ağ və boz maddənin paylanması dəyişir, habelə baş-beyinin mədəcikləri genişlənir və onlarda onurğa beyin mayesi çoxalır. Beləliklə, sinir sistemi çəkisizliyə uyğunlaşır və beyinin hərəkətə nəzarət edən nahiyələrinə daha çox yük düşür.
Yerə qayıdan kosmonavtda bu vəziyyət yeddi aydan sonra bərpa olunur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












