Kosmosdan gələn siqnalları kim göndərir? - Alimlərdən yeni açıqlama

Avstraliyadakı Svinbörn texniki universitetinin alimləri kosmosun dərinliklərindən gələn 20-yə yaxın yeni radio siqnal kəşf ediblər. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, professor Rayan Şennon məsələ ilə bağlı açıqlama verib. Alim bildirib ki, yeni radio teleskoplar vasitəsilə bir il ərzində 20-ə qədər sürətli radio partlayışı qeydə alınıb. Ən yaxın radio siqnal 425 milyon işıq ili uzaqdan gəlir. Bəzi mütəxəssislər bu siqnalların yadplanetli sivilizasiya tərəfindən göndərildiyini bildirir. Güclü radio dalğaları ilk dəfə 2007-ci ildə Avstraliyadakı "Parkes" radio teleskopu tərəfindən kəşf edilib. NASA-nın "Nyu Horizons" missiyasında işləyən Alan Stern dünyadan kənar bir mədəniyyətlə niyə əlaqə qura bilmədiyimizə aid bir teoriya işləyib. Sternə görə yadplanetlilər sualtı bir mədəniyyət yaradıblar. "American Astronomical Society"də verdiyi konfransda alim bildirib ki, dünyadan kənarda canlılar qalaktikaların başqa hissələrində, yaşadıqları planetlərin okeanlarının dərinliklərində yaşayırlar. Kainata planetimizə bənzəyən 40 milyard planet var. Amma hələ də heç bir yad sivilizasiya bizimlə əlaqəyə girməyib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












