“Lamborghini” qiymətlərinin tarixi qrafiki

“Lamborghini” tarixin ən çox axtarılan avtomobillərini istehsal edən, dünyanın ən əfsanəvi markalarından biridir. Ancaq onlar haqqında nə qədər yazsaq, danışsaq və onları tənqid etsək, “Lamborghini” oturacağından qalxdığınız zaman küçədəki insanların sualları həmişə eynidir: "Lamborghininin qiyməti nə qədərdir?"
Avtosfer.az “Lamborghini” qiymətlərinin tarixi qrafikini təqdim edir.
İlk olaraq “Lamborghini”nin tarixinə qısa nəzər yetirsək, bu marka 3 fevral 1948-ci ildə “Lamborghini Carioca” adlı ferma traktoru şəklində bazara daxil oldu. İtalyanların bu traktora yüksək tələbi Carioca traktorunun dərhal qısa zamanda çox uğurlu olmağına gətirib çıxardı və nəticədə Lamborcini “Lamborghini Trattori“ adlanan ilk şirkətini qurdu.

İtalyan həyat tərzinə uyğun olaraq “Ferrari”, “Maserati”, “Fiat”, “Alfa Romeo”, “Mercedes-Benz” və “Jaguar” da daxil olmaqla idman avtomobilləri məşhur idi. Ferraris öz avtomibilini istehlak etdi və bu Lamborghinini məyus etdi. O Ensto Ferrarini ziyarət etməyə getdikdə, Ensto Lamborciniyə "Bir traktor idarə edə bilərsən, amma heç bir Ferrari idarə edə bilməzsən" dedi və bundan sonra o öz avtomobil şirkətini qurmağı qərara aldı.
1963-cü ildə İtaliyanın Sant'Agata kəndində “Automobili Ferruccio Lamborghini S.P.A.”-nı qurdu. “Lamborghini” emblemi üçün öküz seçdi, çünki buğa döyüşü onun ən sevimli idman növündən biri idi və Toros onun astroloji əlaməti idi.
1963-cü ildən “Lamborghini 350 GTV” prototipindən bu yaxınlarda satılan 3.2 milyon dollarlıq Sián Roadster’ə qədər istehsal olunan hər “Lamborghini” və bunları arzuolunan edən dəyərlərin siyahısı ilə aşağıda tanış ola bilərsiz.
İstehsal: 1964-66
Hazırda orta qiymət: 693.000 dollar (Mənbə: Hagerty, 1965 il modeli)
Lamborghini 400 GT

İstehsal: 1966-68
Hazırda orta qiymət: 495.000 dollar (1966 il modeli)
Lamborghini Miura

İstehsal: 1966-73
Hazırda orta qiymət: 1.100.000 $ (1970 il modeli, "S" spesifikasiyası)
Lamborghini Espada

İstehsal: 1968-78
Hazırda orta qiyməti: $ 71,000 (1968 il modeli)
Lamborghini Jarama
İstehsal: 1970-76
Hazırda orta qiymət: 55.900 dollar (1970 il modeli)
Lamborghini Countach
İstehsal: 1974-90
Hazırda orta qiymət: 352.000 dollar (1985 il modeli, "5000S" spec)
Lamborghini Jalpa

İstehsal: 1981-88
Hazırda orta qiymət: $ 60,000 (1985il modeli)
Lamborghini Murcielago

İstehsal: 2001-10
Bu gün orta qiymət: $ 110,000 (2002 il modeli)
Lamborghini Reventon

İstehsal: 2007-09
Hazırda orta qiymət: 1.2 milyon dollar (2008 il modeli)
Lamborghini Veneno

İstehsal: 2013-14
Son hərrac qiyməti: $ 8,926,597
Lamborghini Centenario

İstehsal: 2016-17
Orijinal MSRP: 1.9 milyon dollar
Lamborghini Sián Roadster

İstehsal: 2020 (məhdud 19 nümunə ilə)
Orijinal MSRP: 3,2 milyon dollar
Müəllif : Pərvin Qoca
Ceki Çanın Bakıda ilk görüntüləri - VİDEO
Kondisionersiz tramvay narazılıq doğurdu - FOTO
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir










