Marsda şəhərin inşa edilməsi hansı qiymətə başa gələcək?

Mars planetində şəhərin inşa edilməsi bəşər tarixinin ən bahalı layihəsi olacaq. Avtosfer.az “Technote”yə istinadən xəbər verir ki, həmin şəhərin inşa edilməsinə sərf olunacaq vəsait isə Yer kürəsinin qlobal iqtisadiyyatının həcminin 1/8 hissəsini təşkil edəcək.
Bunu “SpaceX” şirkətinin qurucusu İlon Musk bildirib. Mütəxəssislər Mars planetində şəhərin inşa edilməsi üçün xərclənəcək vəsaiti ora daşınacaq materialların daşınma qiymətləri əsasında hesablayıblar.
Mask öz şirkətinin raketləri vasitəsilə insanları Marsa göndərməyi və orda daimi yaşayış mühitinin yaradılması fikrindən heç də vaz keçmək niyyətində deyil.
Əgər hər şey onun istədiyi kimi getsə, Marsda ilk insan koloniyası artıq 2050-ci ildə yaradıla bilər. “Inverse” saytının jurnalistləri bu mövzuda müxtəlif sahənin mütəxəssisləri ilə danışıblar və həmin mütəxəssislər Mars planetində yaşayacaq ilk kolonistlərin hansı problemlər ilə qarşılaşacaqlarını qeyd ediblər. Onlar mutasiya edərək özlərində yeni fiziki keyfiyyətləri inkişaf etdirə, özlərinə qapanaraq yeni şüuru inkişaf etdirə, Yer kürəsində indiyənə kimi görülməmiş yeni koloniya iqtisadiyyatı və idarəolunması sistemini işə sala bilərlər. Bundan sonra olacaqları isə sadəcə olaraq fantaziya etmək olar.
Mask artıq bildirib ki, “SpaceX” şirkəti Mars planetinə biletləri ABŞ-dakı orta statistik ev qiymətinə satacaq. Bu isə 200 min dollar deməkdir.
Ümumilikdə isə Marsda şəhərin inşa edilməsinə 100 milyarddan 10 trilyon dollara kimi vəsait lazım olacaq. Bu hesablamalar isə Marsdakı şəhərin tam funksionallığı üçün minimum 1 milyon ton materialın Yer kürsindən Marsa göndərilməsi fikrinə əsaslanır.
Əgər materialların göndərilməsinin qiyməti 100 min dollara bərabərdirsə, deməli bütün bu layihənin reallaşdırılmasına 100 milyard dollar vəsait lazım olacaq. Mask bunu aşağı göstərici hesab edir. Yəni təqdim olunmuş vəsait minimumdur. Kainat nöqteyi nəzərdən bu vəsaitin miqdarı çox azdır. Lakin Yer kürəsinin 3 ən varlı şəxsini (Ceff Bezos, Bill Qeyts və Bernard Arnault) nəzərə almasaq, qeyd olunmuş vəsait Yer kürəsində olan bütün insanların ümumi var dövlətləri deməkdir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












