Maşına ruh girdi… - VİDEO

Adətən yollarda ya sürücü məsuliyyətsizliyi, ya da texniki nasazlıq səbəbilə qəzalar baş verir. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, bu dəfə, tamamilə fərqli hadisə baş verib. Rusiyada park edilmiş halda olan avtomobil, qəfil hərəkətə gələrək qəza şəraiti yaradıb.
Avtomobillər hərəkətdə olan vaxt, qəfildən yol kənarında dayanmış bir maşın hərəkətə gəlib. Arxaya doğru istiqamətlənən nəqliyyat vasitəsi, avtomobillərin yoluna çıxıb. Buz tutmuş yolda, son anda əyləci basan sürücülər təsadüfən qəza törətməkdən yayına bilib. Amma hadisənin səbəbini anlamağa çalışan sürücülərin diqqətini başqa bir məsələ cəlb edib. Belə ki, onların yoluna çıxan avtomobilin sürüsüz hərəkətə gəldiyi məlum olub.
Hadisənin necə baş verdiyi, avtomobilin öz-özünə necə hərəkətə gəldiyi tam dəqiqləşməyib. Ehtimal olunur ki, sahibsiz maşın buzlu yolda sürüşərək hərəkətə gəlib və avtomobillərin qarşısına çıxıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












