Maykl Ceksonun corabları 1 milyon dollara satıla bilər

Dünya pop musiqisinin kralı Maykl Ceksonun “Ay yerişi”ni oynadığı məşhur corabları Gotta Have Rock and Roll auksionunda satıla bilər.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, auksionda corabların başlanğıc qiyməti 100 min dollar olsa da, hərracın təşkilatçıları qiymətin bir və ya iki milyon dollara qədər yüksələ biləcəyini düşünürlər.
M.Cekson 1984-cü ildə uğurla baş tutan “Victory Tour”dan sonra modelyer Bill Uittenin hazırladığı corabları təşəkkür məktubu ilə birlikdə meneceri Frenk Dileoya hədiyyə edib. Bundan başqa, lot siyahısına Dileonun şəxsi kolleksiyasından M. Ceksonla birlikdə çalışdığı illərdə topladığı 50 əşya daxildir.
M.Cekson həmin corablarda ilk dəfə 1983-cü ilin martında səhnəyə çıxaraq “Billie Jean” mahnısını ifa edib.
Elə həmin konsertdəcə o, özünün məşhur “Ay yerişi”ni təqdim edib. Bundan sonra ay yerişi dünyanın ən məşhur rəqs texnikalarından birinə çevrilib.
Auksion noyabrın 13-dən 22-dək keçiriləcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












