Məhşur boksçu «Cadillac»la darvazaya girdi

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson daha bir insidentin səbəbkarı olub. Lent.az-ın “KNTV” telekanalına istinadən məlumatına görə, amerikalı boksçu özünün “Cadillac Escalade” markalı avtomobilini ABŞ-ın Las-Veqas şəhərindəki malikanələrdən birinin darvazasına çırpıb. Tayson qonaqlar üçün açıq qapı əvəzinə bağlı darvazadan içəri keçməyə cəhd edib. Bu zaman qapılar onun nəhəng avtomobili qarşısında tab gətirməyib. Hadisə yerinə gələn polislər boksçuya cərimə qəbzi təqdim ediblər. Bundan sonra 42 yaşlı idmançı qonaqlar üçün qapıdan içəri keçib.
Qeyd edək ki, Tayson peşəkar rinqdə sonuncu döyüşünü 11 iyun 2005-ci ildə keçirib. Tayson o zaman irlandiyalı Kevin Makbrayda texniki nokautla uduzub. Adı daha çox qalmaqallarda hallanan boksçunun rinqə qayıdaraq vaxtilə qulağını dişlədiyi Evander Holifildlə döyüşmək istədiyi haqda xəbərlər yayılsa da, bu məlumathələ hələ təsdiqini tapmayıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













