Mer deputatı maşının "kapot"unda "gəzdirdi" – VİDEO

Ukraynada siyasi mübahisə bütün yeni və daha da əcaib formaları qəbul edir. Poltava şəhər administrasiyasının binasında etiraz mitinqi hazırlanıb və etiraz edənlərin liderləri merə işdən getməyə imkan vermək istəməyib. Nəticədə Poltavanın şəhər administrasiyasının binasında şəhər meri Aleksandr Mamayın və xalq deputatı Serqey Kaplinin iştirakıyla kütləvi davayla və yol-nəqliyyat hadisəsi ilə başa çatıb. Təxminən yüzə yaxın insan ictimai nəqliyyatda gediş haqqının artımını ləğv etmək üçün merə etiraz edib. Tələblər tamamilə aydın və qanuni olub, amma nəsə düz getməyib və vəziyyət nəzarətdən çıxıb.
Qarışıqlıqlar məhz şəhər hakimiyyətinə görə başlanıb. Mer Mamay və xalq deputatı Kaplin bir-biri ilə mübahisə ediblər və onların mübahisəsi davaya keçib. Şəhər şurasının qapıları sındırılıb, mebellərə zərər vurulub. Daha sonra Poltava meri şəxsi kabinetinə girərək qapını bağlayıb və polis çağırıb. Kaplin merin kabinetinin qapısını sındırmaq istədikdə qanun qoruyucuları gəliblər.
Sonda Mamay qapını açıb və xidməti avtomobi ilə camaatın arasından hadisə yerini tərk etməyə hazırlaşdıqda deputat Kaplin onun üzərinə atılıb. Təslim olmaq istəməyən deputat öz tərəfdarlarıyla birgə merə getməyə mane olmaq istəyib. Əvvəlcə şəhər qubernatoru və xalq nümayəndəsi uzun müddət bir-birini təhqir edib, sonra Kaplin avtomobildən Mamayı çıxarmaq istəyib. Mer öz maşını ilə bir müddət deputatı dartmağa çalışıb.
Kaplindən sonra maşının təkərlərini deşməyə başlayan sakinlər necə olursa olsun onun administrasiyanı tərk etməsinə mane olmağa çalışıb. Maşın yerindən tərpəndikdə deputat özünü maşının üstünə atıb və mer onu avtomobilin "kapot"unda şəhər şurasının binasının qapılarındək aparıb.
İlkin informasiyaya görə, avtomobilin hərəkəti zamanı şəhər sovetinin deputatı zədələnib. Həmçinin hadisədə üç poltavalı həkimə müraciət edib. Hazırda hadisə yerində milisin və Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşlarının operativ qrupu işləyir.
anspress
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












