"MercedesTrophy" qolfçu-amatorlar regional final uğrunda yarışacaq – FOTO

Kübar tədbirlər arasında ən idman və idman tədbirləri arasında ən kübar tədbir 2019-cu ilin may ayında Azərbaycanda Dreamland Golf Clubun ərazisində Azərbaycanda Mercedes-Benz-in rəsmi distribütoru olan Autocapital-Azerbaijan şirkətinin dəstəyi ilə keçiriləcək.
Bu il MercedesTrophy qolfçu-amatorlar arasında regional finala vəsiqə qazanmaq uğrunda mübarizəyə 80 idmançı qoşulacaq ki, onların arasında biznes-elitanın nümayəndələri və ulduz idmançılar var.
MercedesTrophy - Daimler AG tərəfindən 1989-cu ildən etibarən keçirilən qolf üzrə amator turnirlər seriyasıdır. MercedesTrophy-nin finalı hər il Ştutqartda keçirilir və burada 25-35 ölkədən gəlmiş oyunçular iştirak edir. MercedesTrophy turnirlərinin müxtəlif səviyyəli iştirakçılarının ümumi sayı dünya üzrə 60 000 nəfərə qədərdir.
MercedesTrophy nəinki idman yarışıdır, o, həm də brendin pərəstişkarları üçün əla beynəlxalq kommunikasiya platformasıdır.
Tədbir zamanı qonaqlar və iştirakçılar yalnız qolf oyunundan həzz almayacaq, onlar həmçinin “Qolf məktəbi”ndə dərs keçə, dost və tanışlarının əhatəsində istirahət edə biləcəklər, eyni zamanda Mercedes-Вenz-in ən aktual modellərinin testini keçirəcəklər .
Turnir Bakıda qolf oyunu üçün yeganə meydança olan və rəsmi olaraq Avropa Qolf Assosiasiyası (EGA) tərəfindən qiymətləndirilmiş və qəbul edilmiş elit Dreamland Golf Club qolf kompleksində keçiriləcək.
Tədbirin tərəfdaşları Mybrands mağazalar şəbəkəsi.
Qeyd edək ki, 20 ildir fəaliyyət göstərən Mybrands mağazalar şəbəkəsi dəbli və keyfiyyətli brendlər təqdim edir. Şəbəkəyə Tommy Hilfiger, Lacoste, United Colors of Benetton, Sisley, Accessorize, Monsoon, Tara Jarmon, Liu Jo, Coccinelle, Coast, Bebe, Monnalisa, Pablosky, adL, Adidas kimi dünya şöhrətli brendlərin mağazaları daxildir.
Şəbəkənin əsas məqsədi dəbi, yüksək keyfiyyəti əlçatan etməkdir.
MYBRANDS mağazalar şəbəkəsi haqqında daha ətraflı məlumatı Instagram (@mybrands.az) və Facebook-dakı rəsmi səhifələrdən əldə edə bilərsiniz.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














