Məşhur ufoloq: "Yer üzündə insanı yadplanetlilər yaradıb"

Ufoloqlar günümüzdə insanın yadplanetlilər tərəfindən yaradıldığını iddia edirlər. Avtosfer.az ölkə.az-a istinadən bildirir ki, bu günə qədər də ufoloqlar arasında insanın yadplanetlilər tərəfindən hansı məqsədlə yaradıldığı barədə mübahisə gedir. Bəzi tədqiqatçıların fikrinə görə, Yer yadplanetlilər üçün əyləncə parkıdır. Bəzilərinin fikrinə görə isə insan yadplanetlilər üçün qiymətli bioloji material kimi lazım olur. Ufoloq Bob Lazar isə Larri Kinqin teleşousunda məsələ ilə bağlı yeni iddia səsləndirib. Onun fikrinə əsasən, insanlar yadplanetlilər üçün çox rahat informasiya daşıyıcılarıdırlar. Məsələ burasındadır ki, DNA ən optimal informasiya daşıyıcısıdır. Yadplanetlilərin sahib olduğu kvant texnologiyasına əsasən insanın DNA-sına 3 trilyon qiqabayt informasiya yaza bilərlər. İlk baxışdan bu absurd görünə bilər.
İnsan DNA-sı digər heyvanların DNA-sından fərqli olaraq 95 faiz lazımsız məlumatlarla doludur. Bu məlumatlar insan həyatında heç bir rol oynamır. Bəs bu nədir?
İnsan ən etibarlı informasiya daşıyıcısına nisbətən zamanla dünyasını dəyişir. Amma öz məlumatını "kopyalayır" və növbəti nəsillərə ötürür.
İnsan informasiya daşıyıcısı kimi onun qorunmağında maraqlıdır və itməməsi üçün hər şeyi edir.
Bob Lazarın açıqlamaları sərsəmləmə kimi görünsə də, ortada müəyyən faktlar var. Həqiqətən də DNA-mızdakı məlumatların 95 faizi bizə aid deyil. Beynimizin isə 98 faizi əlavə hüceyrələrlə doludur. Hətta əzələ toxumasından da insan ən yaxşı halda 25 faiz istifadə edə bilir. Bu səbəbdən istənilən heyvan insandan güclüdür.
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu










