Metronu yeməkxanaya döndərdirlər – VİDEO

Parisin mərkəzində metro stansiyasını kulinariya mərkəzinə döndərdilər. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Fransanın paytaxtında metro sərnişinləri gözləmədəkiləri mənzərə ilə qarşılaşıb. Ölkənin ən nüfuzlu aşpazları platformada yeməklər hazırlayaraq sakinlərə təqdim edib. Burqundiyada fəaliyyət göstərən məşhur restoranın aşpazı Patrik Bertronun təşəbbüsü ilə gerçəkləşdirilən aksiyaya onun bir sıra tanınmış həmkarları da dəstək verib. Sərnişinlər nüfuzlu aşpazların iştirakı ilə hazırlanan müxtəlif təamların dadına xərcə düşmədən baxa bilib. Bu aksiya heç şübhəsiz ac metro istifadəçilərinin ürəyincə olub.
Bəs niyə əziyyət çəkib bişirdikləri yeməkləri baha qiymətə restoran müştərilərinə satmaq varkən, bu aşpazlar pulsuz ziyafət vermək üçün metroya üz tutub. Patrik Bertron deyir ki, burda məqsəd insanların metroya olan yanaşmasını dəyişməkdir.
Məşhur aşpazların hazırladığı bir-birindən ləziz təamların dadına baxmaq bəziləri üçün əlamətdardır. Elələri var ki, indiyədək bu yeməklərdən ümumiyyətlə yeməyib.
Sərnişinlər bu cür aksiyaların davam etdirilməsində maraqlıdır. Sadəcə ona görə yox ki, yeməklər pulsuz verilir, həm də metronun abhavası müsbətə doğru ciddi şəkilə dəyişir. İkinci bir tərəfdən bu aksiya restoranların nüfuzunu artırmaq məqsədi də güdür. Çünki metroya tələsən insanlar çox vaxt fast-fud yeməkləri ilə özlərini doyurur, restorana getmək fikrindən daşınır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












