“Microsoft” avtonom avtomobillər istehsalçısına 2 milyard dollar yatırıb

"Microsoft" korporasiyası ABŞ-ın "General Motors" konserninin avtonom avtomobillərin istehsalı ilə məşğul olan "Cruise" bölməsinə investisiya yatırıb. Sövdələşmənin yekunları üzrə "Cruise" şirkəti "Microsoft", "Honda" və bir sıra digər sərmayədardan 2 milyard dollar cəlb edib ki, bu da şirkətin ümumi dəyərini 30 milyard dollaradək artırmağa imkan verib.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, "Microsoft", həmçinin layihənin strateji tərəfdaşı qismində çıxış etməyə başlayıb. Sazişin şərtlərinə görə, konsernin "Cruise" törəməsi gələcəkdə işə salınacaq robot taksilər servisi üçün istifadə ediləcək "Azure" "bulud" hesablama platformasına keçəcək.
Məlumata görə, tərəfdaşlıq çərçivəsində "Cruise" "bulud" servislərinə qənaət edəcək, "Microsoft" isə qabaqcıl texnologiyaları maşın öyrənmə (Machine learning) və "ağıllı" avtomobillər sahəsində sınaqdan keçirmək imkanı əldə edəcək.
2013-cü ilin oktyabrında yaradılan "Cruise" 2016-cı ilin martında "General Motors" tərəfindən satın alınıb. Sazişin dəyəri açıqlanmayıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












