Misirə gələn turistlər fironun “günəşli təbəssümünü” müşahidə etməyə hazırlaşırlar

Dünyanın hər yerindən Misirə gələn turistlər səhər saatlarında fironun “günəşli təbəssümünü” görməyə hazırlaşırlar. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Misirin ən cəlbedici görməli yerlərindən olan Asuan əyalətinin cənubundakı “Abu-Simbel” məbəd kompleksində üç min ildən bəri fevralın 22-də günəş doğan kimi onun ilk şüaları firon II Ramsesin heykəlinin üzünü işıqlandırır. İlbəil yüzlərlə yerli sakinin və xarici turistin müşahidə etdiyi bu hadisə fironun “günəşli təbəssümü” adlandırılır.
Həmin hadisə, həmçinin oktyabrın 22-də təkrar olunur. Rəvayətə görə, 22 fevral fironun taxta qalxması, 22 oktyabr isə onun dünyasını dəyişdiyi tarixlərə təsadüf edir, çünki məhz bu günlər günəş şüaları fironun heykəli olan qaranlıq məbədə girir və onun surətini işıqlandırır.
Qeyd edək ki, firon II Ramses Qədim Misirin ən nəhəng fironlarından olub. O, bizim eradan əvvəl 1279-cu ildən 1213-cü ilədək hakimiyyətdə olub və 66 il müddətində Qədim Misirdə hökmdarlıq edib.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












